29 Sentyabr 2024
Kateqoriyasız

“Rəvan”ın daha iki rəqibi müəyyənləşdi

Seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirən “Rəvan” daha iki yoxlama oyunu keçirəcək. Matçlardan biri iyulun 16-ı, digəri isə 19-da baş tutacaq. “Aslanlar” sabah “Bayıl Arena”da “Şuşa”nı sınağa çəkəcəklər. Şənbə günü isə komandanın rəqibi digər I divizion təmsilçisi “Şahdağ” olacaq. Hər iki görüş saat 19:30-da başlayacaq. 

Qeyd edək ki, “Rəvan” FK mövsümlərarası fasilədə keçirdiyi ilk iki yoxlama matçında məğlub olub. “Aslanlar” Prmeyer Liqa təmsilçiləri AZAL (0:3) və “Sumqayıt”a (0:2) uduzublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43