29 Sentyabr 2024
Kateqoriyasız

İsveçdə yaşayan azərbaycanlılardan “İnter”ə dəstək gəldi

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində İsveçdə “Elfsborq”un qonağı olacaq Bakının “İnter” klubu matçın keçiriləcəyi “Boras Arena”da dəstəksiz qalmayacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu ölkədə yaşayan 100-ə yaxın həmvətənimiz artıq “bankirlər”ə müraciət edib. Klub da azarkeşləri biletlə təmin edəcəyinə söz verib.

Sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunu 200-ə yaxın azərbaycanlı azarkeşin izləməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43