29 Sentyabr 2024
Kateqoriyasız

“Valletta”nın baş məşqçisi: “Biz qürurumuz üçün mübarizə aparacağıq”

ÇL-in ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Valletta”nın baş məşqçisi Cilbert Aqius mətbuatın suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, “Valletta”nın çalışdırıcısı oyun haqda bu sözləri deyib:

– Ötən illərdə Avroliqada göstərdiyi nəticələr göstərir ki, “Qarabağ” yaxşı komandadır. Biz qürurumuz üçün mübarizə aparacağıq və inanıram ki, maraqlı mübarizə olacaq”.

– Əsas tapşırığınız məğlub olmamaq olacaq, ya çox top buraxmamaq?

– Mən məşqçiliyə yeni başlamışam. Mənim üçün vacib olan amil yaxşı performans göstərməkdir, nəticə vacib deyil. əgər performans göstərsələr, nəticə öz-özünə gələcək.

– Adətən səfərdə olan komandalar oyun saatında məşqə çıxır. Siz isə “Qarabağ”dan öncə məşq edirsiniz. Bunun səbəbi nədir?

– Bunun iki səbəbi var. Oyun vaxtında məşq etsəydik otelə gedib yemək yemək gec olardı. Həm də oyuna qədər istirahət etməyə daha çox vaxt olar.

– “Zalsburq” haqda düşünürsünüz?

– Turu keçsək bu haqda düşünərik. Ancaq keçmədikdən sonra bu kimi şeylər zaman itkisidir.

– “Valletta”nın futbolçuları iddilı danışır, ancaq siz sanki indidən təslim olursunuz. Bunun səbəbi nədir? Siz artıq “Qarabağ”a təslim olmusunuz?

– Mən heç vaxt pessimist olduğumu düşünmürəm.

– İlk oyunda qapıçı qəhrəmanlıq etdi, penalti zərbəsini dəf etdi. Sabah “Qarabağ” qarşısında hansı sürprizə hazırlaşırsınız?

– Mən fikirləşirəm ki, ev oyununda qapıçımız yaxşı seyvlər etdi. Ancaq həmin oyunda yaxşı oynayan futbolçularımız vardı. Ümid edirəm ki, sabahkı oyunda qapıçı qəhrəman olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43