29 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”da üzlər gülür: Biri qayıtdı, biri qaldı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Tvente" ilə qarşılaşacaq "Qarabağ"ın zədəlilərindən yeni xəbər var.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, "Zalsburq"la cavab matçında zədələnən və bir müddətdir ki, komandaya kömək edə bilməyən Maksim Medvedev sabahkı qarşılaşmada meydana çıxa biləcək. 

Avstriyadakı cavab qarşılaşmasının ilk hissəsində sıradan çıxan İlqar Qurbanovun isə zədəsi ciddidi. O, ən yaxşı halda Hollandiyadakı matçda Ağdam təmsilçisinə kömək edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43