29 Sentyabr 2024
Kateqoriyasız

“Barselona” ya FİFA-dan sərt cəza

Barselona”ya FİFA transfer qadağası qoyub.

İdmanxeber.com-un məlumatına görə kataloniya klubu 2015-ci ilin yanvarından iki il müddətinə heç bir futbolçu ilə güclənə bilməz. FİFA-nın cəzası bununla bitməyib. Qurum “Barsa”ya 450 min, İspaniya Futbol Federasiyasına isə 500 min isveçrə frankı pul cəzası kəsib.

“Barselona” 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyindən, FİFA daha öncə komandaya iki transfer dönəmində hansısa futbolçunu almağı qadağan edib. Komandanın apelyasiya şikayətindən sonra FİFA bu cəzanı dondursa da, bu gün açıqlanan qərarda həmin cəza yenə qüvvəyə minib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43