29 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Bu hər iki komanda üçün problem yaradacaq”

Avroliqanım pley-off mərhələsində “Tvente”ni qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırırb.

İdmanxeber.com-un məlumatına görə, Qurbanov konfransda bu fikirləri jurnalistlərlə bölüşüb:

“Tanış  komandaya qarşı oynayacağıq. Komandada çox dəyişikliklər var. Onlardan əlavə bizdə dəyişmişik. Oyun ərzində az səhv etməyə çalışacağıq. “Zalsburq”la oyun belə olmağımızı tələb edirdi. Ancaq “Tvente” topla daha çox rəftar etməyi xoşlayır. Ona görə də bu komandaya qarşı bir qədər fərqli oynamalıyıq”.

Bunlardan əlavə təcrübəli məşqçi stadionun qazonunun vəziyyəti haqqında da danışıb:

“Meydançanın durumundan razı qalmadım. Bu hər iki komanda üçün problem yaradacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43