“Qarşılaşma ərzində baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Üç oyundur qol buraxmırıq və bu, bizdə özümüzə inamı artırır”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sent-Etyen”in hücumçusu Mövlud Ərdinç Fransa Liqasında “Lans”a qalib gəldikləri oyundan sonra deyib.
Türkiyəli forvard klubdan ayrlacağı ilə bağlı gəzən söz-söhbətə belə son qoyub:
“Sent-Etyen”də özümü xoşbəxt hiss edirəm. Qol vura bilməməyim məni narahat etmir. Qarşıda hələ çox matç var”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda keçirilən “Qarabağ” – “Sent-Etyen” oyunu 0:0 hesabı ilə başa çatıb.