19 Sentyabr 2024
Kateqoriyasız

Ansi Aqolli: “Qarşıda nələrin baş verəcəyini bilmək olmaz”

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin II turunda qarşılaşacaqları “İnter”lə oyunöncəsi UEFA-nın rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, albaniyalı futbolçu Milan səfəri öncəsi bunları dedi:

“Futbolda hər şey mümkündür. Qarşıda nələrin baş verəcəyini bilmək olmaz. Kim düşünərdi ki, Albaniya yığması Portuqaliyada qalib gələcək? Ancaq biz bunu bacardıq. “Qarabağ” da istəyi sayəsində “İnter”ə qalib gələ bilər. Bununla belə, biz rəqibin hücum xəttini unutmamalıyıq. Bu komanda bütün dünyada məşhurdur. Ona görə də bizim qarşımızda asan tapşırıq dayanmır”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43