28 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” yubiley matçına çıxır

abah Azərbaycan kubokunda 2014/2015 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək.  
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq. 
Yubiley mövsümü “Ağsu” ilə görüşlə başlayacaq. Birinci divizion təmsilçisi indiyədək “qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi “Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək.
Bu oyun Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də “Qəbələ”ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq.
“Ağsu” ilə oyun “Qəbələ”nin kubokda yubiley – 40-cı oyunu olacaq. Penaltilər seriyası nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan “qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11 mövsümünün 2011-ci il martın 8-də keçirilən “Bakı” ilə 1/4 finalın səfər matçından (0:1) sonra “Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir. Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.


3 dekabr

Azərbaycan kuboku, 1/8 final mərhələsi

“Qəbələ” – “Ağsu”
Qəbələ şəhər stadionu, saat 15:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43