20 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Hətta “İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu”

“Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sag ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular.  Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib:

“Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdur. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik. İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz. Heç nə edə bilmərik. Hətta “İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi. Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43