İspaniyanın “Atletiko” klubunun şərəfini qoruyan Arda Turan keçən ayın ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.com-un məlumatına görə, “Atletiko”nun rəsmi sponsorlarından olan “Mahoyu”nun hər ay seçdiyi və “5 ulduzlu futbolçu” adı ilə verdiyi mükafata bu dəfə türk futbolçu layiq görülüb.
Noyabr ayının ən yaxşı futbolçusu seçilən Arda belə bir mükafat aldığı üçün xoşbəxt olduğunu bildirib.