"İnter”in futbolçusu Marko Andreolli Avropa Liqasının son turu çərçivəsində qarşılaşdıqları "Qarabağ”la oyun haqqında açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, Andreolli bildiribki:
"Qarabağ”ın qrupda qalmasına çox üzülürəm. Onlar qrup mərhələsini keçmək üçün bütün çətinliklərə qatlandılar. Amma bizdə matçdan yaxşı nəticə ilə ayrılmaq istəyidik”.
Qeyd edək ki, "Qarabağ” – "İnter” görüşü 0:0 hesabı ilə başa çatıb.