29 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ” Bakıda başladı

“Qəbələ” Azərbycan Premyer Liqasının XXVI turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.

Bu gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun komandası bu gün ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” sabah qarşılaşmanı keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43