AZAL-ın baş məşqçisi Tərlan Əhmədova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə fəxri ad verilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, o, “Azərbaycan Respublikasının əməkdar məşqçisi” adına layiq görülüb.
“Xəzər Lənkəran”a qarşı oyundan sonra klubun vitse-prezidenti Fikrət Hüseynov T.Əhmədova vəsiqəni və döş nişanını təqdim edib.