“Avro-2016″nın seçmə mərhələsində martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununu millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Norveç yığmalarının nümayəndələri də izləyəcək.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin oyununu izləmək üçün İtaliyadan Françeska Rokka, Norveçdən isə Rudi Petter Bakıya gələcək.