28 Sentyabr 2024
Kateqoriyasız

Eddi İsrafilov ispanlara danışdı: “Məni Azərbaycanda böyük coşqu ilə qarşıladılar”

“Ötən il ikinci liqada mübarizə aparırdım və milli komandanın bəzi oyunları komandamın oyunları ilə eyni vaxta düşürdü. Ona görə oyunların çoxunu buraxmaq istəmirdim. Ona görə də keçən il bu barədə qərar vermədim. Bu il isə fikrimə görə, milli komandaya getməyin əsl vaxtı idi.  Qeyd edim ki, məni Azərbaycanda böyük coşqu ilə qarşıladılar. Orada mənim oyunma maraq çox idi.Mən çalışacam ki, öz üzərimdə işləyim və komandama kömək edim. Əgər oynasam, yenidən milliyə dəvət alacağıma inanıram”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin komandamızın və “Qranada nın üzvü Eddi İsrafilov deyib.

O, komandasının La Liqada qarşıdakı oyunları barədə bunları deyib: “La Liqasının növbəti turlarında “Real” “Almeriya” və “Selta” klubları ilə qarşılaşacağıq. Düşünürəm ki,   “Almeriya” və “Selta” kimi komandalarla başabaş mübarizə aparacağıq. Bu oyunda mütləq qələbə qazanmalıyıq. “Real”la oyuna gəlinə sanki ölümə gedirik və Madriddə bacardığımızı meydanda qoymalıyıq. Bir xal  da uğurdu bizim üçün, 3 xal qazansaq əla olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43