Bu gün Bakıda UEFA-nın İnkişaf turniri start götürəcək.
İdmanxeber.com-un məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların iştirak edəcəyi yarışda 4 yığma qüvvəsini sınayacaq.
Turnirdə müvafiq yaş qrupuna aid Azərbaycan, Yunanıstan, Gürcüstan və Qazaxıstan milliləri mübarizə aparacaq. Yığmamız ilk turda Qazaxıstanı sınağa çəkəcək.
Turun digər oyununda Yunanıstanla Gürcüstan üz-üzə gələcək. Hər iki matç 16:00-da başlayacaq.
11 aprel
14:00. Yunanıstan – Gürcüstan
“Dalğa Arena”
16:00. Azərbaycan – Qazaxıstan
Bayıl stadionu