"Xəzər Lənkəran" ilk transferini rəsmiləşdirməyə yaxındır.
İdmanxeber.com avrofutbol.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl klubun düşərgəsində baxışda olan Ukraynalı futbolçu Andrey Saxneviçin oyunu baş məşqçi Elbrus Məmmədov tərəfindən bəyənilib. Klub rəhbərliyinin həftə sonuna qədər Kiyev "Dinamo"sunun yetirməsi ilə bağlı yekun qərar verəcək.
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da açıqlamasında məlumatı təsdiqləyib.