“Qəbələ”dən ayrılan futbolçu Ruslan Fominin yeni komandası bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
Ukraynalı forvard Qazaxıstanın “Atırau” komandası ilə anlaşıb.
Qeyd edək ki, onun yeni klubu ilə neçə illik müqavilə bağladığı hələlik bəlli deyil.