“Qəbələ” Futbol Akademiyasında kadr dəyişikliyi olub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, türkiyəli məşqçi Uğur Kurtun “Qəbələ”dəki fəaliyyəti başa çatıb.
2009-ci ildən akademiyada qapıçılarla çalışan məşqçi vətəninə yollanıb. Vaxtilə “Qalatasaray”da qapıçıların məşqçisi olan Kurt karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Buna 6 ildir akademiyada çalışan 44 yaşlı mütəxəssislə müqavilənin başa çatması səbəb olub.