Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yoxlama görüşü keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Almaniyanın “Ştutqart” klubunun əvəzedici komandası ilə qarşılaşacaq.
Oyun iyunun 30-da, “Qarabağ”ın məskunlaşdığı Kössen qəsəbəsinin stadionunda keçiriləcək.