“Qəbələ”nin sabiq futbolçusu Lorenso Ebesilionun yeni iş yeri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Rusiyanın “Anji” klubuna baş məşqçi təyin olunan Yuri Syomin sabiq komandası “Mordoviya”da oynayan Ebesilonun transfer olunmasını istəyib.
Qeyd edək ki, hollandiyalı futbolçu 2013-2014 mövsümündə Syominin rəhbərliyi altında “Qəbələ”də çıxış edib.