19 Sentyabr 2024
Kateqoriyasız

SON DƏQİQƏ: “Qəbələ” 31 yaşlı legioner transfer etdi

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. Rumıniyalı futbolçu George Floresku ilə  1,5 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın “Astra” klubu olub.

George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarında (11 oyun) çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43