Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq Monteneqronun “Rudar” komandası bu matçın hazırlıqlarına start verib.
İdmanxeber.com-un məlumatına görə, Plyevliya təmsilçisi “Qarabağ”la matça kimi iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi haqda isə məlumat verilməyib.
Qeyd edək ki, “Qarabağ” – “Rudar” matçı iyulun 15-də, saat 21:00-da keçiriləcək.