19 Sentyabr 2024
İdman

İlham Əliyevdən erməni idmançıya maraqlı jest – VİDEO

Bakıda keçirilən I Avropa Oyunları bitsədə yadda qalan hadisələri ilə gündəmdədir.

Maraqlı hadisələrdən biri boks yarışında qeydə alınıb. Belə ki, 91 kq çəkidə Avropa Oyunlarının qaliblərinin mükafatlandırma mərasimi zamanı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyanın adının çəkilməsi azarkeşlərin tribunalardan fit səsləri ilə müşayət olunub.

Mərasimdə qaliblərə medalları Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

Bunu görən, ölkə başçısı İlham Əliyev jestlə tamaşaçılardan boksçunu fitə basmamağı xahiş edib. Bu jestdən sonra zalda əyləşənlər ukraynalı idmançını alqışlamağa başlayıb. Bundan sonra prezident əl işarəsi ilə azarkeşlərə təşəkkür edib. (azvision.az)

Həmin anların videosunu təqdim edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43