20 Sentyabr 2024
Kateqoriyasız

“Laçi”nin baş məşqçisi: “İnter” səddini keçmək üçün…”

“Laçi” klubunun baş məşqçisi Armando Kunqu “İnter”lə oyun öncəsi Albaniya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları “İnter”lə oyuna toxunan təcrübəli mütəxəssis ilk görüşün önəmli olduğunu bildirib: 

“Kukesi” ilə avrokuboklarda mərhələ keçdim. Ancaq bu, “Laçi”də eyni uğuru təkrarlaya biləcəyim anlamına gəlməməlidir. “İnter” səddini keçmək üçün əlimdən gələni edəcəm. Komandalar arasında ciddi fərq görmürəm. Azarkeş dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Hər bir azarkeş komandasının mərhələ adlamasını istəyir.

Bunun üçün biz də oyuna ciddi yanaşmalı və bütün gücümüzü ortaya qoymalıyıq. Futbolçulara 90 dəqiqə ərzində ehtiyatlı oynamağı tapşırmışam. Komandamın məqsədinə nail olması üçün ilk oyunun nəticəsi çox önəmlidir. Lakin cütün taleyi iki oyunda həll olunur. Bu səbəbdən hər iki matça ciddi hazırlaşmalı və diqqətli oynamalıyıq”.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək “Laçi” – “İnter” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43