29 Sentyabr 2024
Kateqoriyasız

SON DƏQİQƏ: “Qarabağ”ın yeni transferi artıq Bakıdadı – FOTO

“Qarabağ”ın transfer edəcəyi hücumçu Rydell Poepon artıq Bakıdadır.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı forvard yaxın günlərdə Ağdam təmsiçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Pupon avqustun 28-də 28 yaşını qeyd edəcək. O, ölkəsində “Ayaks”dan başqa, “Villem II”, Rotterdam “Sparta”sı, “De Qrafsxap”, “ADO Den Haaq” və “NAK Breda” klublarının şərəfini qoruyub. Raydell ötən mövsüm Fransa Liqa-2 təmsilçisi “Valansyen”də ilk dəfə legioner həyatı yaşayıb. O, ötən mövsüm 35 oyunda 7 qol vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43