29 Sentyabr 2024
Kateqoriyasız

UEFA “Qəbələ”ni Bakıya sürgün edir

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” Serbiya “Çukariçki”sini öz meydanında yox, Bakıda qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar”ın Tiflis “Dinamo”su ilə oyunundakı məlum olaylar komandanın cəzalanmasına səbəb olacaq.

UEFA klubun ev oyunlarını keçirdiyi Qəbələ şəhər stadionunu diskvalifikasiya etməsi gözlənilir. Məhz buna görə də, “Qəbələ” klubunun rəhbərliyi bununla bağlı müvafiq tədbirlər görməyə başlayıb. Belə ki, “Qəbələ” “Çukariçki”ni “Bakcell Arena”da qəbul etmək üçün danışıqlara başlayıb.

Qeyd edək ki, “Qəbələ” ilə “Çukariçki” arasındakı cavab oyunu iyulun 23-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43