29 Sentyabr 2024
Kateqoriyasız

“Bakı” bayramı qeyd etdi

I Diviziondun 3-cü turu çərçivəsində bu gün evdə MİOİK-lə qarşılaşacaq “Bakı” dünən saat 16:00-da klubun təlim-məşq bazasında oyunöncəsi məşqini keçirib.

İdmanxeber.com-un  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqdən sonra Novruz Əzimovun yetirmələri bayram süfrəsinə dəvət olunub. Klubun icraçı direktoru Yaşar Seyidov, baş məşqçi Novruz Əzimov komandanı bayram münasibəti ilə təbrik ediblər.

Komandanın kapitanı Elşad Manafov da çıxış edərək klub rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Ardından futbolçular və məşqçi heyəti süfrə arxasında Qurban bayramını qeyd ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43