28 Sentyabr 2024
Kateqoriyasız

Eddi İsrafilov “Eybar”ın heyətində 70 dəqiqə oynadı

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, öz meydanında “La Palmas”la qarşılaşan “Eybar” son dəqiqələrdə qol buraxaraq rəqibinə 2:3 hesbaı ilə uduzub.

Oyuna start heyətində çıxan Eddi İsrafilov 70 dəqiqə meydanda olub. Yığmamızın üzvü 63-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43