29 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi” ilə qarşılaşa bilər – “CBC Cup”da

Qış toplanışını ölkə daxilində keçirəcək 5 Premyer Liqa klubumuz “CBC Cup”da qüvvəsini sınayacaq.

İdmanxeber.com-un məlumatına görə, bunlar “Xəzər Lənkəran”, “Neftçi”, “Rəvan”, AZAL və “Kəpəz”di. Turnirdə iştirak edəcək 6-cı komandanın adına isə yaxın günlərdə aydınlıq gələcək.

Oyunlar “AZAL Arena” və “Bayıl Arena”da keçiriləcək. “CBC Cup”un final görüşü isə “Bakı Olimpiya stadionu”nda olacaq.

CBC Sport vasitəsi ilə yayımlanacaq turnirin ilk oyunları 12-13 yanvar tarixlərində keçiriləcək. Yanvarın 24-də isə turnirə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43