30 Sentyabr 2024
Kateqoriyasız

“Kəpəz” daha bir futbolçu ilə yolları ayırdı (RƏSMİ)

Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yolları ayırıb.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı legioner Aleksandr Sitnik qarşılıqlı razılıq əsasında komandadan ayrılıb. 

Xatırladaq ki, cari mövsümdə 17 oyunda iştirak edən hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik “Qəbələ” və “Sumqayıt” ilə səfər oyunlarında fərqlənib. 

Qeyd edək ki, "Kəpəz" daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43