28 Sentyabr 2024
Kateqoriyasız

“Anderlext”in kapitanı “Qarabağ”dan danışdı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş Belçikanın “Anderlext” klubunun qapıçısı Silvio Proto yerli mətbuata açıqlama verib.

İdmnxeber.com-un məlumatına görə, bu gün 1/16 final mərhələsində Yunanıstan “Olimpiakos”la qarşılaşacaq belçikalıların kapitanı bu mövsüm yalnız “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyunda zəif oynadıqlarını bildirib: 

“Biz “Olimpiakos”u mübarizədən kənarlaşdıra bilərik. Bu mövsüm Avropa Liqasında yaxşı çıxış etmişik. Fikrimcə, yalnız “Qarabağ”a Bakıda 0:1 uduzduğumuz oyunda zəif oynadıq. Biz rəqibdən qorxmuruq. Avroliqada uğur qazanmaq üçün şansımız var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43