30 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın prezidenti: “Bu insanlıq üçün utancvericidi”

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi, bu il də Xocalı faciəsinin qurbanlarını yad etmək üçün klub bazasını ziyarət edib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Ardınca Tahir bəy 1992-ci ildə baş verən faciə haqqında danışıb. O, baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu, 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir insani don geyindirməyin mümkün olmadığını qeyd edib, yüzlərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib.

Bundan əlavə, Gözəl Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu, orda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil, bütün xalqların övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayaraq, Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu qeyd edib. Tahir Gözəl bütün dünyaya sülh, qansız, müharibəsiz həyat arzuladığını bildirib.

Qeyd edək ki, 1992-ci il, fevralın 26-sına keçən gecə erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşüb. İllər keçsə də, xalqımız bu faciəni unutmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43