29 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Sumqayıt”da

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş Kamran Abdullazadə ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü yarımmüdafiəçi mütəmadi olaraq U-15, U-16, U-17 və U-19 milli komandalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43