“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi qəzaya uğrayıb.
İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı futbolçunun 15 milyon funt-sterlinq dəyərində olan “Gulfstream G200” markalı təyyərəsinin şassi sistemindəki nasazlıq qəzaya yol açıb.
Hadisə Barselona şəhərində baş verib və qəza zamanı xəsarət alan olmayıb.