Futzal üzrə Kolumbiyada keçirilən Dünya çempionatına yekun vurulub.
İdmanxeber.com xəbər verir ki, həlledici görüşdə Rusiya və Argentina yığmaları qarşılaşıblar. İlk dəfə finala çıxan komandanın mübarizəsində sevinən Argentina olub. Şimal qonşularımıza 5:4 hesabı ilə qalib gələn cənubi amerikalılar ilk dəfə futsal üzrə dünya çempionu olublar. 3-cü yer uğrunda matçda isə əsas və əlavə vaxtı 2:2 bitən qarşılaşmada penaltilər Portuqaliyaya qalib gələn İran yığması turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, Argentina Dünya çempionu olan 3-cü komanda olaraq tarixə keçib. Belə ki, buna qədər baş tutan 7 mundialda 5 dəfə Braziliya, 2 dəfə isə İspaniya yığması çempionluq sevinci yaşamışdı.
Argentina tarixində ilk dəfə dünya çempionu oldu – VİDEO
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43