“Barselona”nın yarımmüdafiəçisi Andres İniesta ən azı 6-8 həftə komandasına kömək edə bilməyəcək.
İdmanxeber.com xəbər verir ki, onun sağ dizində kollateral bağların zədələnməsi aşkarlanıb. İniesta “Valensiya” ilə oyunda (3:2) rəqib fubolçu Enzo Perezin sürüşmə fəndindən sonra yerdə qalmış və oyunu davam etdirə bilməmişdi. Onu İvan Rakitiç əvəzləmişdi.
İniestanın zədəsi ciddidir
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43