DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, Belfastda baş tutacaq görüş ölkəmizdə canlı yayımlanacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmanı “İctimai TV” canlı yayımlayacaq.
Bundan başqa Rusiyanın “Matç Futbol 3” kanalı bu oyunu matç bitikdən sonra videoyazı şəklində tamaşaçılara nümayiş etdirəcək.
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan milli komandası 7 xalla qup ikincisidi.