“Sportinq”ə qarşı keçirliən matçda sağ ayağından zədələnən “Real”ın futbolçusu Qaret Beyl əməliyyat olunub.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan əməliyyat uğurlu keçib. Məlumata görə, uelsli futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Sportinq” – “Real” matçında İspaniya klubu 2:1 hesablı qələbə qazanıb.