Rusiyanın “Zenit” klubu heyətini “Çelsi”nin müdafiəçisi ilə gücləndirmək üzrədir.
İdmanxeber.com-un məlumatına görə, Branislav İvanoviçin Rusiya klubuna keçidi bu gün rəsmiləşəcək. Məlumata görə, müdafiəçi “Zenit”lə 2.5+1 illik müqavilə imzalayacaq. O, “Zenit”dən illik 3.2 milyon avro qazanacaq. Bu keçidə görə “Zenit” “Çelsi”yə pul ödəməyəcək.
Müqavilənin şərtlərinə görə, “Zenit” Çempionlar Liqasında 1/4 finala yüksələcəyi halda İvanoviçin qazancı bir qədər də artacaq.
Xatırladaq ki, Branislav İvanoviç vaxtilə Rusiyanın “Lokomotiv” klubundan “Çelsi”yə transfer edilmişdi.