Millimizin sabiq hücumçusu Vaqif Cavadovun yeni klubu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın sabiq üzvü karyerasını bundan sonra AZAL-da davam etdirəcək.
28 yaşlı futbolçu ilə klub arasında bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.