Azərbaycan millisinin üzvü Ramil Şeydayevin yeni transfer olunduğu “Jilina” klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.
Idmanxeber.com-un məlumatına görə, 21 yaşlı hücumçu Slovakiya klubunun heyətində 90 nömrəli forma altında mübarizə aparacaq.
Qeyd edək ki, Türkiyənin “Trabzonspor” klubuna məxsus hücumçu 1,5 il icarə əsasında “Jilina”nın uğurları üçün çalışacaq.