Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasiminin nəticəsi aşağıdakı kimidir:
Avropa Liqası
1/8 final
“Selta” (İspaniya) – “Krasnodar” (Rusiya)
APOEL (Kipr) – “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)
“Lion” (Fransa) – “Roma” (İtaliya)
“Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) – “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab görüşlər isə 16-da keçiriləcək.