21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin mayın 27-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 9-na qədər isə Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışı olacaq.
Idmanxeber.com-un məlumatına görə, Avstriyadakı toplanış zamanı U-21 iyunun 5-də və 8-də Çexiyanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Təlim-məşq toplanışına dəvət edilmiş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Fəhmin Muradbəyli – Neftçi
Sənan Əlizadə – Neftçi
Eltun Turabov – Qarabağ
Mahir Mədətov – Qarabağ
Elgün Uluxanov – Qarabağ
Ehtiram Şahverdiyev – Sumqayıt
Bəhlul Mustafazadə – Sumqayıt
Fərid Kərimzadə – Sumqayıt
Yusif Nəbiyev – Sumqayıt
Xəyal Nəcəfov – Sumqayıt
Oleq Hüseynov – İnter
Taşkın Sertan – İnter
Vüqar Həsənov – İnter
Əlibəy Məmmədli – İnter
Qismət Alıyev – Qəbələ
Təyyar Məmmədov – Səbail
İlyas Səfərzadə – Kəpəz
Alen Askerov – NK Noviqrad (Xorvatiya)
Elnur Cəfərov – Duqopolye (Xorvatiya)
Budaq Nəsirov – Sportinq (Portuqaliya)
Serkan Baloglu – Ştutqart (Almaniya)
Ozan Can Kokcu – Feyenoord (Hollandiya)
Mustafa Ozhitay – SSV Ulm 1846 (Almaniya)