21 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” “Utrext”ə qarşı

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesi çərçivəsində bu gün son yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun komandası Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək. Bu görüşdən sonra vətənə qayıdacaq “Qəbələ” Avroliqanın II təsnifat mərhələsində “Yagelloniya”ya qarşı keçiriləcəyi oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.

Yoxlama oyunu

8 iyul

18:00. “Qəbələ” (Azərbaycan) – “Utrext” (Hollandiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43