Mill komandamızın sabiq üzvü, Albaniyada legioner həyatı yaşan Rauf Əliyev növbəti matçında çıxıb.
İdmanxeber.com-un məlumatına görə, o, bu dəfə ölkə kubokunun startında “Aenatiya Roqojine” kollektivinə qarşı meydanda olub.”Kukesi”nin heyətində 90 dəqiqə meydanda olan Rauf əvəzlənmədən qarşılaşmanı davam etdirib. Görüş həmyerlimizin komandasının minimal hesablı məğlubiyyəti ilə başa çatıb.