29 Sentyabr 2024
İdman

“Atletiko”nun əsas müdafiəçilərindən biri “Qarabağ”la görüşü buraxa bilər

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko”nun futbolçusu Filipe Luis sıradan çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, braziliyalı müdafiəçi “Çelsi” ilə görüşdə (1:2) zədələnib.

“Atletiko”nun aparıcı oyunçularından olan Luisin oktyabrın 18-də Bakıda “Qarabağ”la baş tutacaq matça qədər zədəsini sağaldıb-sağaltmayacağı dəqiq bilinmir. Braziliya yığmasının həkimləri “sambaçı”nın ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Filipenin bərpa prosesi uzun çəksə, o, “Qarabağ”la görüşdə komandasına kömək edə bilməyəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43