“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun növbəti köməkçisi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, qəsəbə kollektivinin “dubl”unun məşqçisi Kamen Vasilyev bundan sonra əsas komandada çalışacaq.
Qeyd edək ki, Kamen Vasilyev daha əvvəl “Zirə”nin əvəzedici komandasının baş məşqçisi vəzifəsində də çalışıb.