Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Gəncəıdə olacaq. Turnir cədvəlinin zirzəmisində qərarlaşan “Kəpəz” və “Keşlə” birincilərin meydanında münasibətlərə aydınlıq gətirəcək.
Paytaxtda isə lider “Qarabağ” debütant “Səbail”in qonağı olacaq.
18 fevral (bazar)
15:00. “Kəpəz” – “Keşlə” 0:1
Qol: Fuad Bayramov, 50
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
17:30. “Səbail” – “Qarabağ” 0:1
Qol: Mahir Mədətov, 51
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev
“Bayıl Arena”